Yükləmə gedir gözləyin...
  • Haqqımızda
  • Əlaqə
  • Araşdırma
  • Məktublar
  • RealFakt
  • Köşə
  • Tədbİrlər
  • Reklam

azxeber.infoazxeber.infoazxeber.info

  • .
  • Gündəm
  • Hadisə
  • Siyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Texnologiya
  • Mədənİyyət
  • İdman
  • Şoubiznes
  • Müsahİbə
  • Bölgə
  • Dünya

.::AzXeber.info::. » Gündəm » AFFA-da Musayev-Məmmədov "atışması" və "müharibə"yə qoşulan Elmar Məmmədyarov — İLGİNC TƏFƏRRÜAT

AFFA-da Musayev-Məmmədov "atışması" və "müharibə"yə qoşulan Elmar Məmmədyarov — İLGİNC TƏFƏRRÜAT

Tarix : 11-06-2016, 10:20 Bölmə :Gündəm, Müsahİbə Baxış sayı :760
AFFA-da Musayev-Məmmədov "atışması" və "müharibə"yə qoşulan Elmar Məmmədyarov — İLGİNC TƏFƏRRÜAT

Bildiyiniz kimi 3 gün öncə AFFA İcraiyyə Komitəsinin iclası oldu. Bu iclasda bir sıra mətləblərə toxunuldu, bir çox faktlar üzə çıxdı.

Metbuatda öncəki yazılarda iclasda baş verənlərə toxunsa da, sözügedən yığıncaqla bağlı diqqət çəkən yeni təfərrüatlar olduğundan, mövzuya qayıtmağı lazım bildik.

İcraiyyə Komitəsi yığıldı, amma bir qərar qəbul edilmədi. Yalnız iyunun 13-dək premyer liqada çıxış etmək istəyən klublara vaxt verildi. Bu yerdə məşhur "yeməklə doymayan, yalamaqla doymaz" məsəlini xatırlamamaq olmur. Doğrudanmı bir il ərzində lisenziya problemlərini həll edə bilməyən klublar bir həftə ərzində buna nail olacaqlar? Çox maraqlıdır. Hər halda bir həftəyə nəyinsə dəyişəcəyi mümkünsüz görünür.

Bu arada milli komanda özündən qat-qat səviyyəsiz komandalara ya uduzur, ya da heç-heçə edir. Millinin gələcəyi sayılan U-19 dünən Bakıda belaruslu həmyaşıdlarına 1:4 hesabıyla uduzub. Bütün bunlardan sonra isə "pul yoxdur" arqumenti səsləndirilir.

Əgər belədirsə, milliyə ildə 8 milyon manat xərcləmək nəyə lazımdır? Prosineçkiyə ilinə 1 milyon 200 min avro ödəməyə dəyirmi? Lipperti AFFA-nın aşağı yaş qruplarının rəhbəri kimi ayda 6000 avro maaş verib saxlamaq kimin işinə yarayır?

Almaniya və Hollandiyadan 12 nəfər aşağı yaş qrupları üçün məşqçilər gətirib onların hərəsini bir kluba "itələyib" ayda 40 min avro ödəməyin adı nədir?

Bəs Qazaxıstanı yoldaşlıq oyununa çağırıb, bütün xərcləri ödəyib, (hətta bəzi informasiyalara görə danışılmış oyunda) uduzmaq nəyə gərəkdir?

Şübhəsiz ki, Elxan Məmmədov-Elşad Nəsirov cütlüyünün bu kimi biznes layihələri Azərbaycan futbolunu məhv dərəcəsinə gətirib çıxardı. Necə deyərlər, Elxan Məmmədov üçün hava xoşdur. Hər belə layihə ona və dəstəkçisinə milyonlar qazandırır. Amma bu günə qədər nə işçilərinə, nə də hakim və hakim inspektorlara qonorarlar ödəniləməyib. Cənab Nəmmədov deyir ki, pul yoxdur, gözləyin. Niyə, nə səbəbə? Deyəsən bu il də hakimlərimiz xaricə təlim məşq toplanışına yollanmayacaq. Səbəbi isə sadəcə, Elxan Məmmədovun bunun üçün pul ayırmamasıdır. Deyə bilərsiniz ki, hakimlər gedib nə ediblər ki, getməsələr nə dəyişsin?
Düşünün ki, təlim məşq toplanışına gedib heç nə edə bilməyən hakimlər bu il hansı "formada" olacaqlar.

Şübhəsiz ki, Ramin Musayev bunun qisasını Elxan Məmmədovdan artıqlamasıyla və hökmən alacaq. Özünün dediyi kimi, hikkəlidir, heç nəyi unutmur və sözünü "yemir". Düzdür, bəzən ona zorla sözünü yedirdirlər. Amma bu dəfə Ramazan ayı olduğunu, Musayevin də oruc tutduğunu nəzərə alsaq, sözünü yeməyə bilər. Bu arada hakimlərə görə Ramin Musayevlə Elxan Məmmədov arasında bir neçə dəqiqəlik söz atışması olub. Elxan Məmmədovun hakimlərin toplanışı üçün pulun olmadığını deməsi, Musayevi özündən çıxarıb. Onun "axı şef (AFFA prezidentini nəzərdə tutur-red.) deyib ki, hakimlər xaricə göndərilsin, sən kimsən, şefin sözündən çıxırsan" xatırlatmasına E.Məmmədov "nə olsun ki, şef deyib, pul yoxdur, vəssalam" formasında cavab verib.

Görünür, bu iki şəxs bir-birinə verdiyi "dəymə mənə, dəyməyim sənə" sözünü unudublar. Hər halda qarşıdakı bir neçə ildə belə qovğalar çox olacaq.

Elxan Məmmədovun hakimlər üçün pul ayıra bilməməsi, yaxud qəsdən ayırmaması aydındır. Məqsədlərdən biri hakimlər komitəsinin sədri Xəqani Məmmədovu uzaqlaşdırmaq idi ki, bu, alınmadı. Hətta o yerin "müştərisi" də hazır idi. Necə deyərlər, bu dəfə daş qayaya rast gəlib. Nə Xəqani Məmmədov postunu itirmək istəmir, nə də Ramin Musayevin onun əlini buraxmaq fikri var. Çünki Musayevin inhisarında cəmi 1-2 klub qalıb. Onları da məhz hakimlərin hesabına çempion etməklə kreslosunu saxlaya bilir.

Nə qədər ki, icraiyyə komitəsində təmsil olunan futbol veteranları-İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıxov, Qurban Qurbanov ağızlarına su alıb dayanacaqlar, belə olacaq. Yeri gəlmişkən, icraiyyə komitəsinin son iclasında 3 nəfər-Elmar Məmmədyarov, Firudin Qurbanov və Vaqif Sadıxov iştirak etməyib. Hər üç şəxsin komitəyə məhz Elxan Məmmədov tərəfindən səs çoxluğu üçün gətirildiyi danılmazdır. Amma son iclasda Məmmədovun üç tərəfdarı iştirak etməsə də, plan onun istədiyi kimi icra edildi.

Musayev və dəstəsi isə AFFA prezidentini dediklərinə inandıra bilmədilər.

Ancaq "müharibə" bununla bitmir. Nəzərə alsaq ki, qarşıdakı mövsümdə "Neftçi"nin 80 illiyi var və əldə etdiyimiz məlumata görə, flaqmanın yubileyi dövlət səviyyəsində qeyd ediləcək, deməli, bu il "Qarabağ"ın çempion olması heç də asan başa gəlməyəcək.

Bu haqda növbəti materiallarda maraqlı faktları təqdim edəcəyik.

Həmçinin həm AFFA rəhbərliyinə, həm də oxucularımıza təklif və layihələrimiz təqdim ediləcək.

Təvazökarlıqdan uzaq da olsa, qeyd edək ki, Ölkə.Az-ın təqdim etdiyi materiallarda tənqidlə yanaşı, vəziyyətdən çıxış yolları da göstərilir.
Geriyə qayıt

Oxşar xəbərlər :

  • Sumqayıt Dövlət Universitetinin tələbəsinin intiharı ilə bağlı yeni təfərrü ...

    Sumqayıt Dövlət Universitetinin tələbəsinin intiharı ilə bağlı yeni təfərrü ...

    5-06-2016, 16:31

  • “Hafka” Vaqif Əsədovla “əlbəyaxa” oldu — ŞOK TƏFƏRRÜAT

    “Hafka” Vaqif Əsədovla “əlbəyaxa” oldu — ŞOK TƏFƏRRÜAT

    24-04-2016, 22:17

  • GÖYÇAYDAN NAZİRƏ ŞİKAYƏT

    GÖYÇAYDAN NAZİRƏ ŞİKAYƏT

    28-03-2016, 16:21

  • Prezidentin Sumqayıta ayırdığı milyonlar hara xərclənir?

    Prezidentin Sumqayıta ayırdığı milyonlar hara xərclənir?

    23-03-2016, 22:55

  • Millinin heyəti açıqlandı - Antalyaya kimlər gedir?

    Millinin heyəti açıqlandı - Antalyaya kimlər gedir?

    22-03-2016, 23:36



  • [vk][/vk] [odnoklassniki][/odnoklassniki] [facebook][/facebook] [mailru][/mailru] [yandex][/yandex] [google][/google]
dle newtemplates.ru

TƏQVİM

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Məzənnə

 Valyuta məzənnəsi

Hava

XƏBƏR LENTİ

  • 16-02-2019 Buzovnadakı psixonevroloji sosial xidmət ...
  • 14-02-2019 Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə ...
  • 13-02-2019 13 fevral – Azərbaycan Respublikası Səfərbərlik ...
  • 09-02-2019 Prezidentin Sərəncamına əsasən minimum aylıq ...
  • 07-02-2019 Prezident İlham Əliyev zəlzələnin baş verdiyi ...
  • 06-02-2019 Azərbaycan Prezidentinin göstərişi ilə meşə ...
  • 05-02-2019 "Formula 1" daha 3 il Azərbaycanda keçiriləcək - ...
  • 04-02-2019 Azərbaycan Gəncləri Gününə həsr olunmuş ...
  • 29-01-2019 Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ...
  • 26-01-2019 Birinci vitse-prezident Mehriban Əliyevanın işdən ...
  • 24-01-2019 Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat ...
  • 22-01-2019 Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir ...
  • 22-01-2019 Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı ...
  • 19-01-2019 Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü ...
  • 19-01-2019 Prezident nazirliyin üç qurumunu birləşdirdi, ...
  • 18-01-2019 Heydər Əliyev Fondunun prezidenti Mehriban ...
  • 17-01-2019 Prezident İlham Əliyev bir neçə dövlət qurumunu ...
  • 16-01-2019 Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı ...
  • 16-01-2019 Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh ...
  • 11-01-2019 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
    Təsisçi və direktor: Rəhman Əmrahov
    tel:050-260-62-66
    email:[email protected]